Millimiz Lüksemburqu məğlub etdi

  Millimiz Lüksemburqu məğlub etdi

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 5-ci turda səfərdə Lüksemburqu məğlub edib - 76:74.

Xatırladaq ki, Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə qarşılaşacaq.