"Üç-dörd il bundan əvvəl bizdə oturuşmuş basketbol klubu yox idi"

"Üç-dörd il bundan əvvəl bizdə oturuşmuş basketbol klubu yox idi"

"Çalışırıq ki, insanlar basketbolu sevsinlər. Məqsədimiz basketbolda kütləviliyi artırmaqdır".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

O, yeni mövsümlə bağlı keçirilən tədbirdə idmanın həm də bir əyləncə olduğunu diqqətə çatdırıb:

"İdman yalnız meydandakı mübarizə yox, həm də əyləncədir. Ümumiyyətlə, bu idman növünün birdən-birə inkişaf etməsi çətindir. Buna zaman lazımdır. Üç-dörd il bundan əvvəl bizdə oturuşmuş basketbol klubu yox idi. Yalnız NTD-ni saymaq olar.

Lakin indi vəziyyət müsbətə doğru dəyişir. Artıq bölgələrimizi də təmsil edən kollektivlər var. Çalışırıq ki, hər il komandalara ən azı bir-iki sponsor tapaq. Hazırda liqada olan 12 klubdan yarısı tam olaraq formalaşıb”.