Azərbaycan milliləri ilk dəfə B Divizionunda mübarizə aparacaq

Azərbaycan milliləri ilk dəfə B Divizionunda mübarizə aparacaq

Azərbaycanın 16 və 18 yaşadək qız basketbolçulardan ibarət milli komandaları ilk dəfə Avropa çempionatının B Divizionunda mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, U-18-in yarışacağı divizionun oyunları iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində keçiriləcək.

Evren Alkayanın rəhbərlik etdiyi millimizin C qrupunda rəqibləri Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva yığmaları olacaq.

Qrupda ilk görüşümüzü iyulun 4-də Bosniya və Herseqovinaya qarşı oynayacağıq.

U-16-nın B Divizionunda matçları isə avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində təşkil ediləcək.

Yığmamız B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq milliləri ilə üz-üzə gələcək.

İlk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək basketbolçularımıza da Evren Alkaya rəhbərlik edir.