Yığmamız Macarıstan səfərində Maltaya uduzdu - YENİLƏNDİ
Azərbaycan milli komandası Malta ilə yoldaşlıq oyununu keçirib.
"Mediasport" xəbər verir ki, görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Hər iki qol ikinci hissədə vurulub.
Yığmamız 4 gün sonra Avstriya toplanışı çərçivəsində San Marino ilə üz-üzə gələcək.
Beynəlxalq yoldaşlıq görüşü
Azərbaycan - Malta 0:2
Qollar: Jozef Mbonq, 65; Aleksander Satariano, 86.
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
"Haladaş" stadionu, Sombatxey, Macarıstan.
Azərbaycan: 1. Emil Balayev, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov (k) (26. Ayxan Hüseynov, 84), 3. Elvin Cəfərquliyev, 21. Qismət Alıyev (16. Tellur Mütəllimov, 70), 20. Aleksey İsayev, 13. Emil Səfərov (6. Abdulla Xaybullayev, 46), 7. Toral Bayramov (22. Rüstəm Əhmədzadə, 70), 11. Xəyal Əliyev (19. Nəriman Axundzadə, 9 / 17. Vüsal İsgəndərli, 70), 10. Mahir Emreli (9. Renat Dadaşov, 70).
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 18. Cəlal Hüseynov, 24. Səbuhi Abdullazadə, 25. Rüfət Abbasov.
Baş məşqçi: Ayxan Abbasov.
Malta: 16. Raşed Əl Tumi (12. Seyms Sissons, 90+3), 5. Kurt Şou, 6. Metyu Killomier (k) (11. Brendon Payber, 62), 10. Teddi Teuma (8. Pol Mbonq, 62), 13. Enriko Pepe (4. Qabriel Mentz, 62), 14. Alexandro Qarsia (7. Jozef Mbonq, 46), 20. İlyas Şuaref (19. Karlo Lonardelli, 84), 21. Xuan Korbalan (22. Zaç Maskat, 46), 23. Aleksander Satariano (17. Seyk Azzopardi, 90+3), 25. Andrea Zammit (15. Maylz Birman, 46), 26. Keyon Evurum (24. Kevin Kannavo, 62).
Ehtiyat oyunçular: 1. Henri Bonello, 2. Xin Borq, 3. Kin Sikluna, 9. Seyk Qrex, 18. Bazil Tuma.
Baş məşqçi: Emilio De Leo.


