Millimizin futbolçusu qol vurdu, komandası darmadağına sevindi

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökcü Finlandiyanın "Helsinki" klubunda növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yığmamızın üzvü Liqa Kubokunun qrup mərhələsinin 5-ci tur görüşündə KTP-yə qarşı forma geyinib.
Səfər matçının 72-ci dəqiqəsində meydana çıxan 26 yaşlı yarımmüdafiəçi 3 dəqiqə sonra adını tabloya yazdırıb.
Paytaxt klubu rəqibini darmadağın edib - 4:0.
Xallarının sayını 12-yə çatdıran "Helsinki" 6 komandalı qrupa liderlik edir.