U-19 millimiz Polşa ilə üz-üzə

  U-19 millimiz Polşa ilə üz-üzə

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində üçüncü oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. 

"Çatez" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Xatırladaq ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.