Millimiz yenə məğlub oldu

 Millimiz yenə məğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan komandamız Şimali İrlandiya ilə qarşılaşıb.

Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda baş tutan matç rəqibin qələbəsi ilə yekunlaşıb - 1:2.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv qrupda ilk görüşdə Litva millisinə 0:4 hesabı ilə uduzub.