Azərbaycan millisi Bakıda Litva yığması ilə qarşılaşır - YENİLƏNİR

Azərbaycan millisi Bakıda Litva yığması ilə qarşılaşır - YENİLƏNİR

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, D Divizionunun 2-ci qrupunda yer alan yığmamız Bakıda Litva kollektivi ilə qarşılaşacaq.

8-ci kilometr stadionunda baş tutacaq görüş saat 17:00-da start götürəcək.

Xatırladaq ki, Ayxan Abbasovun komandası qrupda bu rəqiblə səfərdə, həmçinin Lixtenşteynlə evdə heç-heç edərək 2 xala sahibdir.


UEFA Millətlər Liqası. D Divizonu, 2-ci qrup


17:00 Azərbaycan - Litva

Baş hakim: Qustavo Korreya

Yan xətt hakimləri: Andre Filipe Nogeyra Diaş, Andreya Souza

Dördüncü hakim: Migel Andre Monteyro Fonseka

VAR: Brunu Esteves

AVAR: Ana Klaudiya Silva Ribeyru (hamısı Portuqaliya)

Bakı, 8-ci kilometr stadionu.