Azərbaycan milli komandası “FİFA Series - 2026”nın qalibi oldu
Futbol üzrə Azərbaycan milli komandası bu gün “FİFA Series - 2026” beynəlxalq turnirində final görüşünə çıxıb.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə qarşılaşıb.
Matç bərabərliklə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
Onbirmetrlik zərbələrdə daha dəqiq olan futbolçularımız yarışın qalibi olublar.
Xatırladaq ki, komandamız turnir çərçivəsində 3 gün əvvəl Sent Lusiya yığmasına qalib gəlib (6:1).
“FİFA Series-2026” beynəlxalq turniri. Final
Azərbaycan – Syerra Leone 1:1 (pen., - 9:8)
Baş hakim: Əskər Nəcəfəliyev
Yan xətt hakimləri: İslam Əzimov, Bəxtiyarxoca Şövkətov
Dördüncü hakim: Axrol Ruskullayev (hamısı Özbəkistan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


