Millimizin Fransa yığmasını hansı stadionda qəbul edəcəyi dəqiqləşdi

Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri dəqiqləşib.
AFFA-da "Mediasport"a verilən məlumata görə, D qrupunda yer alan yığmmaızın İslandiya ilə görüşü noyabrın 13-də “Neftçi Arena”da keçiriləcək.
Fransa futbolçuları ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Hər iki matç saat 21:00-da başlanacaq.