Mahir Emreli Bundesliqada turun rəmzi heyətində yer aldı - FOTO

Mahir Emreli Bundesliqada turun rəmzi heyətində yer aldı - FOTO

Almaniya 2-ci Bundesliqasının 34-cü turuna het-trik edən "Nürnberq"in futbolçusu Mahir Emreli rəmzi heyətə düşüb.

"Mediasport" xəbər verir ki, 27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan "11-lik"də hücumun mərkəzində yer alıb.

O, "Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşün ilk hissəsində 3 qol vurub.

Qeyd edək ki, Mahir Almaniya klubunun heyətində cari mövsüm 10 qolla yadda qalıb.