Oman millisi AFFA-nı çətin vəziyyətdə buraxdı - DƏYİŞİKLİK
Bu ayın sonunda Azərbaycanda keçiriləcək “FİFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.
"Mediasport" xəbər verir ki, buna Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsi səbə olub.
FİFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.
Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq.
Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.
