Millimizin üzvləri Superliqa klubunda bürünc medalçı oldular
Azərbaycan stolüstü tennisçiləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova Türkiyə Superliqasında uğurlu nəticə əldə ediblər.
"Mediasport" xəbər verir ki, millimizin üzvləri bürünc medal qazanıblar.
Tennisçilərimiz bu uğura Ankaranı təmsil edən "Masa Der Spor Klubu"nun heyətində imza atıblar.
Həmyerlilərimizin heyətində çıxış etdiyi komanda son iki turun 9 qarşılaşmasından 7-də qalib gəlib.
10 komandanın mübarizə apardığı yarışda "Çukurova Universiteti" çempion olub, "Çorum Bələdiyyəsi" ikinci yeri tutub.
Stolüstü tennisçilərimizin Türkiyə Superliqasında çıxışı onların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.
