Əliəkbər Mirzəliyev Çexiya turnirində gümüş medal qazandı

Əliəkbər Mirzəliyev Çexiya turnirində gümüş medal qazandı

Azərbaycanın stolüstü tennisçisi Əliəkbər Mirzəliyev Çexiyada təşkil olunan "WTT Youth Contender" turnirində də uğurlu çıxış edib.

"Mediasport" xəbər verir ki, U-11 yaş kateqoriyasında Almaniyanın paytaxtı Berlində keçirilən analoji yarışda bürünc medal qazanan təmsilçimiz bu dəfə yüksək nəticə əldə edib.

Havirov şəhərindəki turnirdə finaladək irəliləyən Ə.Mirzəliyev gümüş mükafata sahib çıxıb.

Xatırladaq ki, Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk "WTT Youth Contender" turnirində də 3-cü yeri tutmuşdu.