İki stolüstü tennisçimiz Berlində medalçılar sırasında yer aldı

İki stolüstü tennisçimiz Berlində medalçılar sırasında yer aldı

Azərbaycan stolüstü tennisçiləri Onur Quluzadə və Ələkbər Mirzəliyev Almaniyanın paytaxtı Berlində keçirilən "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, komandamız 3 idmançısından ikisi medal qazanıb.

Onur Quluzadə U-15, Ələkbər Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutub.

Milli baş məşqçi Ramin Cəfərovun rəhbərliyi ilə mübarizə aparıb.

Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət heyətin növbəti analoji sınağı Çexiyanın Havirov şəhərində olacaq.