Azərbaycan millisi Moldovada "Davis Cup"da mübarizə aparacaq

  Azərbaycan millisi Moldovada "Davis Cup"da mübarizə aparacaq

Kişi tennisçilərdən ibarət Azərbaycan milli komandası Moldovaya yollanıb.

"Mediasport" xəbər verir ki, yığmamız Kişinyovda 10-13 iyun tarixlərində keçiriləcək "Davis Cup"da mübarizə aparacaq.

Ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcək.

Xatırladaq ki, millimiz turnir çərçivəsində 3-cü qrupda birincilik uğrunda yarışacaq.