Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə çempion oldular

Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə keçirilən “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında qalib olublar.
Mediasport.com.az xəbər verir ki, U-15 kateqoriyasında yarışan təmsilçilərimiz finalda türkiyəli rəqiblərinə qalib gəliblər - 3:2.
Xatırladaq ki, cütlük ötən ay Qətərin paytaxtı Dohada təşkil edilmiş “WTT Youth Star Contender” turnirində qarışıq-qoşa yarışda bürünc medal qazanmışdı.