Dünya çempionu Rahilin xal arzusunu gözündə qoydu - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.
Mediasport.com.az xəbər verir ki, müdafiəçinin formasını geyindiyi "Radomyak" 21-ci tur çərçivəsində "Qurnik"in qonağı olub.
Rahilin 90 dəqiqə meydanda olduğu matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qurnik"in qələbə topunu 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olmuş Lukaş Podolski vurub.
Radom klubu 18 komandalı çempionatda 21 xalla 15-ci pillədə qərarlaşıb.