Ukrayna azarkeşlərindən üzr istədi - Yığmamızla 1:1-ə görə

"Oyundan qabaq da demişdim ki, heç bir komandanı aşağı qiymətləndirə bilmərik. Çoxsaylı hücumlar etdik, son dəqiqələrdə yaratdığımız epizodlardan faydalana bilmədik".
"Mediasport" xəbər verir ki, bu sözləri Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov deyib.
Mütəxəssis DÇ-2026-nın seçmə qrup mərhələsinin Azərbaycanla səfər qarşılaşmasından (1:1) sonra fikirlərini bölüşüb. O, rəqibin əks-hücumlarda yaxşı oynadığını bildirib:
"Problem bizdə idi. Ukrayna fanatlarından üzr istəyirəm. Biz 1:0 udsaydıq, istənilən halda neqativ oyun olacaqdı. Zədələnən oyunçularımız var.
Ukrayna müharibə vəziyyətindədir. Bir-birimizə dəstək olmalıyıq. Heç kim neqativ sözlər səsləndirməməlidir. Bu gün hücumda çox pis oynadıq. Stadionda çoxlu Ukrayna bayrağı var idi, minnətdarıq".