Yığmamız UEFA İnkişaf Turnirinin ikinci oyununda da məğlub oldu
15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Bolqarıstandan olan həmyaşıdları ilə qarşılaşıb.
Moldova Futbol Federasiyasının Kişineuda yerləşən Texniki Mərkəzində keçirilən görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:1.
Qeyd edək ki, U-15 turnirdə ilk matçında Monteneqro millisinə də uduzub (0:1).
Futbolçularımız noyabrın 23-də Moldova seçməsi ilə üz-üzə gələcək.
