Nazir və səfir “Qarabağ”ın futbolçuları ilə görüşdü

Nazir və səfir “Qarabağ”ın futbolçuları ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Antalyada "Qarabağ"ın U-12 komandasını ziyarət ediblər.

"Mediasport" xəbər verir ki, ziyarət "Antalya Friendship Cup 2026" turnirində baş tutub.

Qonaqlar komandanı turnirdə qazandığı ardıcıl qələbələr münasibətilə təbrik edib, növbəti oyunlarda uğurlar arzulayıb.

Sonda xatirə fotosu çəkdirilib.