"Qarabağ"ın prezidenti gündəm olan həmin o Əkbərlə görüşdü
"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” - “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla klub bazasında görüşüb.
"Mediasport" xəbər verir ki, Premyer Liqanın 15-ci turunun "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib, sonda klub prezidenti azyaşlı azarkeşimizə rəsmi formamızı təqdim edib.
Xatırladaq ki, balaca azarkeşin videosu sosial şəbəkələrdə trend olmuşdu.
Ağdam təmsilçisinin rəhbəri həmçinin baş məşqçi Qurban Qurbanov və komanda üzvlərilə görüşüb. O, komandaya dəstəyini ifadə edib.

