Tarixdə ən çox qazanc əldə edən 10 idmançının adı açıqlandı - SİYAHI

Tarixdə ən çox qazanc əldə edən 10 idmançının adı açıqlandı - SİYAHI

Dünya idmanı tarixində ən çox maddi gəlir əldə edənlərin siyahısı dərc olunub.

"Mediasport" xəbər verir ki, reytinqə altıqat NBA və ikiqat Olimpiya çempionu Maykl Cordan başçılıq edir.

Amerikalı əfsanənin karyerası ərzində qazancı 4,5 milyard dollar olub.


Tarixdə ən çox qazanc əldə edən 10 idmançı

1. Maykl Cordan (basketbol) – 4,5 milyard dollar

2. Tayger Vuds (qolf) – 2,88 milyard dollar

3. Kriştiano Ronaldo (futbol) – 2,52 milyard dollar

4. Lebron Ceyms (basketbol) – 2,03 milyard dollar

5. Lionel Messi (futbol) – 1,99 milyard dollar

6. Arnold Palmer (qolf) – 1,85 milyard dollar

7. Cek Niklaus (qolf) – 1,83 milyard dollar

8. Devid Bekhem (futbol) – 1,68 milyard dollar

9. Rocer Federer (tennis) – 1,67 milyard dollar

10. Floyd Meyvezer (boks) – 1,57 milyard dollar