2025-ci ildə ən çox qazanan futbolçuların siyahısı açıqlandı
Nüfuzlu "Forbes" jurnalı 2025-ci ildə dünyada ən çox gəlir əldə edən futbolçuların siyahısını açıqlayıb.
"Mediasport" xəbər verir ki, planetin qocalmaq bilməyən 40 yaşlı superulduzu - Kristiano Ronaldo reytinqdə 1-ci yerdə qərarlaşıb.
Portuqaliyalı əfsanənin əsas rəqibi - dünya çempionu Lionel Messi 2-ci sırada yer alıb.
"3-lüy"ü 104 milyon qazancla Kərim Benzema qapayır.
2025-ci ildə ən çox gəlir əldə edən futbolçular
1. Kristiano Ronaldo ("Əl Nəsr) - 280 milyon avro
2. Lionel Messi ("İnter Mayami") - 130 milyon avro
3. Kərim Benzema ("Əl İttihad") - 104 milyon avro
4. Kilian Mbappe ("Real" Madrid) - 95 milyon avro
5. Erlinq Haaland ("Mançester Siti") - 80 milyon avro
6. Vinisius Junior ("Real" Madrid) - 60 milyon avro
7. Sadio Mane ("Əl Nəsr") - 54 milyon avro
8. Cud Bellingem ("Real" Madrid) - 44 milyon avro
9. Lamin Yamal ("Barselona") - 43 milyon avro
