"Neftçi", "Sumqayıt" və "Zirə"nin futbolçuları 1/8 finala yüksəldilər
Mərakeşin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, 16 komanda 1/8 final mərhələsinə vəsiqə qazanıb.
"Neftçi" və "Sumqayıt"In futbolçuları - Sessi D`Almeyda ilə Abdul Raşid Mumininin formasını geyindiyi Benin seçməsi, o cümlədən "Zirə"li Rikardo Gimaraynşın heyətində olduğu Mozambik adını pley-offa yazdırıb.
Yanvarın 18-də yekunlaşacaq turnirin 1/8 final görüşləri iki gün sonra start götürəcək.
Afrika Millətlər Kuboku. 1/8 final
Mərakeş - Tanzaniya
Mali - Tunis
Seneqal - Sudan
CAR - Kamerun
Əlcəzair - Konqo
Misir - Benin
Nigeriya - Mozambik
Fil Dişi Sahili - Burkina Faso
