"Sabah" Avroliqa ilə vidalaşıb Konfrans Liqasına düşdü

UEFA Avropa Liqasında təmsilçimiz "Sabah" I təsnifat mərhələsinin cavab oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda həlledici görüşü Sloveniyada keçirib.
Ötən həftə Bakıda məğlub olan (2:3) "bayquşlar" "Çelye"ni 90 dəqiqə ərzində eyni hesabla məğlub etsələr də, əlavə vaxtda buraxdıqları yeganə qolla yarışda mübarizəni dayandırıblar.
Masazır klubu yoluna UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək.
UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunu
“Sele” (Sloveniya) - “Sabah” (Azərbaycan) 2:3 ə.v. 1:0 İlk oyun - 3:2
Baş hakim: Draqomir Draqanov (Bolqarıstan)