Azərbaycan klubu avrokubokların əsas mərhələsinə vəsiqə qazandı

 Azərbaycan klubu avrokubokların əsas mərhələsinə vəsiqə qazandı

Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kipr təmsilçisi "Anortosis"lə qarşılaşıb.

Görüş komandamızın 60:77 hesablı məğlubiyyəti ilə başa çatsa da, reqlamentə əsasən, ən şanslı ("uğurlu-uğursuz") kollektiv kimi əsas mərhələyə yüksəlib.

Xatırladaq ki, Bakıda təmsilçimizin 89:73 hesablı qələbəsi qeydə alınmışdı.