Gənclərin Çempionlar Liqasında Azərbaycan da təmsil olunacaq
Azərbaycan ilk dəfə kişi basketbolçular arasında keçirilən gənclərin Çempionlar Liqasında təmsil olunacaq.
"Mediasport" xəbər verir ki, 4-cü dəfə təşkil ediləcək yarışda 2Sabah" mübarizə aparacaq.
Təmsilçimiz püşkatmaya əsasən, B qrupunda yer alıb.
Komandamızın rəqibləri "İqokea" (Bosniya və Herseqovina) və "Lüdviqsburq" (Almaniya) kollektivləri olacaq.
Turnir 7-12 aprel aralığında Bosniya və Herseqovinanın Laktaşi şəhərində keçiriləcək.
Reqlamentə əsasən qrup qalibləri mübarizəni yarımfinalda davam etdirəcəklər.
İkinci yeri tutanlar 5-8, qrup sonuncuları isə 9-12-ci yerlər uğurunda yarışacaqlar.
