Yığmamız Dünya Kubokunun yarımfinalında ABŞ ilə üz-üzə
3x3 basketbolçu qadınlardan ibarət Azərbaycan yığması Polşanın Varşava şəhərində keçirilən Dünya Kubokunda növbəti matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, komandamız yarımfinalda ABŞ ilə qarşılaşacaq.
Görüş bu axşam baş tutacaq.
Xatırladaq ki, milli bu matça duelə qədər A qrupunda Madaqaskarı (21:13), Çexiyanı (14:11) və Polşanı (20:13) üstələyib, Niderlanda uduzub (13:19), pley-ində Litvanı (14:12), 1/4 finalda isə Almaniyanı (18:16) məğlub edib.


