Yığmamızın seçmə mərhələdə ilk iki oyunu üçün heyəti açıqlandı
Azərbaycanın kişilərdən ibarət basketbol millisinin AVRO-2029-un seçmə mərhələsində ilk iki oyunu üçün yekun heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Tahir Baxşıyev 12 baksetbolçunun xidmətindən yararlanacaq:
Emmanuel Aqbason, Uesli Van Bek, Əkbər Məmmədov, Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı, Şirzad Şirzadov.
Yığmamız ilk görüşünü noyabrın 27-də səfərdə Şimali Makedoniya, növbəti matçını isə noyabrın 30-da Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.
