"Neftçi" və "Sabah"ın sabiq üzvü "Karvan-Yevlax"da oynayacaq

 "Neftçi" və "Sabah"ın sabiq üzvü "Karvan-Yevlax"da oynayacaq

1-ci Liqada yeni mövsümə hazırlaşan "Karvan-Yevlax" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, aranlılar qapıçı Rüstəm Samiqullini transfer ediblər.

23 yaşlı qolkiperlə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

"Neftçi" və "Sabah"ın sabiq üzvü son mövsümü “Cəbrayıl”da keçirib.