Almaniyalı məşqçi Peşəkar Futbol Liqasının qonağı oldu

“Azərbaycan–Almaniya Dostluq Həftəsi”çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange Peşəkar Futbol Liqasının (PFL) qonağı olub.
"RMediasport" xəbər verir ki, görüşdə məşqçi ilə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, idarə heyətinin üzvü Rüstəm Rəhimov və tanınmış futbol veteranı Vəli Qasımov da iştirak ediblər.
Qonaqları PFL-in prezidenti Elxan Səmədov qəbul edib.
Görüş zamanı tərəflər futbolla bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər.
Cəmiyyətin nümayəndələri səmimi qarşılanmaya görə PFL rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qonaqlara Azərbaycan futbolu ilə bağlı xatirə hədiyyələri təqdim edib.