İngiltərə klubu millimizin üzvünə dəvət göndərdi - AÇIQLAMA

İngiltərə klubu millimizin üzvünə dəvət göndərdi - AÇIQLAMA

"Hamburq"a keçməzdən əvvəl 4 klubdan təklif almışdım. Dəvətlərdən biri İngiltərə, 3-ü Almaniyadan idi".

Bu sözləri "Mediasport"a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva deyib.

Karyerasını Almaniyada davam etdirən yığmamızın müdafiəçisi "Hamburq"a keçidinin doğru olduğuna inandığını bildirib:

"Məşqçilərimlə, ailəmlə danışdım, məsləhətləşdik. Belə qərara gəldik ki, "Hamburq"u seçim. Fikrimcə, uğurua gedən yol buradan keçir.

Bu komandanı daha böyük karyeram üçün başlanğıc hesab edirəm. Məqsədim daha yaxşı klublarda oynamaqdır və inanıram ki, arzularımı reallaşdıra biləcəm".

Xatırladaq ki, daha əvvəl Rusiyada legioner həyatı yaşamış və burada "Zenit"lə iki dəfə ölkə çempionu olmuş 24 yaşlı futbolçu ötən ay Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.

O, geirdə qalan 1 ayda yeni klubunda 2 dəfə forma geyinib.