"Neftçi"nin futbolçusu Premyer Liqada ən yaxşı qol müəllifi oldu

"Neftçi"nin futbolçusu Premyer Liqada ən yaxşı qol müəllifi oldu

Peşəkar Futbol Liqası Azərbaycan çempionatlarında fevral ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşdirib.

"Mediasport" xəbər verir ki, münsiflər heyətinin səsverməsinə əsasən, Premyer Liqada "Ayın qolu" layihəsinin qalibi "Neftçi"nin futbolçusu Alessio Kurçi olub.

Onun "Araz-Naxçıvan"ın qapısına vurduğu qol ən yaxşı seçilib.

1-ci liqada Elşən Abdullayev, 2-ci liqada isə Əli Bağırov qalib adını qazanıb.