"Neftçi" xorvatlara məğlub oldu

 "Neftçi" xorvatlara məğlub oldu

Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Yuri Vernidubun komandası dördüncü görüşündə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

Matç rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xatırladaq ki, "ağ-qaralar" bu toplanışda yoxlama oyunları çərçivəsində ÇFR (Rumıniya, 1:2) və "Partizan"a (Serbiya, 0:1) uduzub, "Radniçki Niş"i (Serbiya, 3:0) məğlub ediblər.