Ehtiram Quliyev "Qalatasaray"ın sabiq İdarə heyəti sədrilə görüşdü

"Turan Tovuz"un İdarə heyətinin sədri Ehtiram Quliyev Türkiyənin aparıcı tikinti şirkətlərindən NEF-in İdarə heyətinin sədri, "Qalatasaray"ın sabiq İdarə heyətinin sədri Erden Timurla görüşüb.
"Mediasport" xəbər verir ki, görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri, qarşılıqlı maraq doğuran gələcək layihələr və yeni imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Huner Group"un rəhbəri sabiq "Qalatasaray"lıya baş sponsoru olduğu "Turan Tovuz"un formasını hədiyyə edib.