300-dən çox azarkeş "Qarabağ"ı Polşada stadionda dəstəkləyəcək

300-dən çox azarkeş "Qarabağ"ı Polşada stadionda dəstəkləyəcək

Bu axşam UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşada "Dinamo"nun (Kiyev) qonağı olacaq "Qarabağ" dəstəksiz qalmayacaq.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, "atlılar"a "Arena Lublin"də 300-dən çox azarkeş dəstək olacaq.

330 azərbaycanlı azarkeş görüş üçün bilet alıb.

Xatırladaq ki, matç Bakı vaxtilə saat 21:00-da start götürəcək.