Əyalət klubu "Sabah"ın futbolçusu ilə 2 illik müqavilə bağladı

Premyer Liqada debüt edən "İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi Xəlil Mürsəlli ilə anlaşıb.
19 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Mürsəlli son olaraq “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.
Qeyd edək ki, baş məşqçi postuna Xorxe Kaskilyanı gətirən aranlılar indiyədək Ronaldo Rodriges de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyev, Nikola Karaklayiç, Luis Fernando Silvestr Junior (Juninyo), Yau Mozes, Tuncay Yusifli, Xəzər Mahmudov və Dioqu Almeydanı transfer ediblər.