"Neftçi"nin futbolçusu sevimli klubu üçün Portuqaliyaya yollandı

"Neftçi"nin futbolçusu sevimli klubu üçün Portuqaliyaya yollandı

“Neftçi”nin futbolçusu Vensan Abubakar milli çempionatlarda yaranmış fasilədən istifadə edərək Portuqaliyaya yollanıb.

"Mediasport" xəbər verir ki, forvard burada sabiq komandası "Portu"nun bazasını ziyarət edib.

Kamerunlu hücumçu illər sonra “Draqau” stadionunu gəzib, Lissabon klubunun prezidenti Andre Villaş-Boaşla görüşüb.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Abubakar xoş qarşılanmaya görə təşəkkürlərini çatdırıb.

Xatırladaq ki, Abubakar 2010-2014-cü illərdə "Portu"nun heyətində 83 oyun keçirib, 36 qol vurub.