Sonuncu ayın ən yaxşı qollarının müəllifləri mükafatlandırıldı
Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsi çərçivəsində Elmin Bayramov və Taleh Hüseynzadəni mükafatlandırıb.
"Mediasport" xəbər verir ki, I Liqada “Mingəçevir” futbol klubunun üzvü Elmin Bayramov, II Liqada isə “Göygöl” futbol klubunun üzvü Taleh Hüseynzadə may ayının ən yaxşı qolunun müəllifi olub.
Onlara “ayın qolu” mükafatlarını PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.



