Gəncə stadionunu tikən şirkət 70 min nəfərlik yeni arenanın inşası üçün namizədliyini irəli sürdü

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 70 min nəfər azarkeş tutumuna malik yeni stadioun tikintisi üçün tender elan edilib.
"Mediasport"a verilən məlumata görə, məqsəd 2028-ci ildə UEFA Çempionlar Liqasının finalını keçirməkdir.
Arenanı inşa etməyi üzərinə götürmək istəyən üç şirkət artıq rəsmi qaydada komissiyaya müraciət edib.
Maraqlıdır ki, onlardan biri Azərbaycan şirkətidir.
Bu, Gürcüstanın "Macro Construction" şirkəti ilə birlikdə namizədliyini irəli sürən "İnşaatçı 3" MMC-dir.
"İnşaatçı 3" MMC bugünlərdə istifadəyə verilmiş Gəncə şəhər stadionunu inşa edən kompaniyadır.
Şirkət Azərbaycanda bir çox olimpiya idman komplekslərinin tenderinin qalibi kimi tanınıb.
Xatırladaq ki, Tbilisi Beynəlxalq Hava Limanı yaxınlığında 270 min m² ərazidə tikiləcək yeni arenanın layihə dəyəri 310 milyon dollar civarında qiymətləndirilir.