Emin Ağalarov Monteneqroda Novak Cokoviçlə görüşdü
Azərbaycanın Xalq artisti Emin Ağalarov dünyaşöhrətli tennisçi Novak Cokoviçlə görüşüb.
"Mediasport" xəbər verir ki, görüş Monteneqroda baş tutub.
Bu barədə instaqram hesabında paylaşım edən müğənni Cokoviçə Monteneqroda reallaşdırılacaq Sea Breeze layihəsi haqda məlumat verib.
