Qurban Qurbanov Əkbərlə görüşdü

Qurban Qurbanov Əkbərlə görüşdü

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” - “Ayaks” oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.

“Mediasport” xəbər verir ki, görüş ötən gün baş tutan “Qarabağ” - “Araz-Naxçıvan” Premyer Liqa matçından sonra reallaşıb.

Azyaşlı fanatla görüşdə Ağdam klubunun hücumçusu Nəriman Axundzadə də iştirak edib.