"Qumarbaz deyiləm" - Sabiq "Neftçi"lidən maraqlı açıqlama
“Monakoda bir dəfə kazinoda olmuşam. Bundan başqa, bir neçə dəfə də Sankt-Peterburqda oynamışam, lakin qumarbaz deyiləm.
"Mediasport" xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.
2007/2008-ci illər mövsümündə "ağ-qaralar"a rəhbərlik etmiş mütəxəssis Rusiya mətbuatına açıqlamasında qumar aludəçisi olmadığını bildirib.
"Sonuncu dəfə təxminən 20 il əvvəl kazinoda olmuşam, o da Peterburqda. Asılılığım varsa, indi niyə getmirəm? Qumarbaz deyiləm, sadəcə, əvvəllər bir neçə dəfə oynamışam. Bu, məşqçi fəaliyyətimə heç cür mane olmayıb”.
Xatırladaq ki, 72 yaşlı mütəxəssis son dəfə 2018-ci ildə vətənində "Zlin" çalışdırıb.
