"Barselona"nın prezidenti növbəti dəfə Azərbaycana səfərə gəlir

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta yenidən Azərbaycana gəlir.
"Mediasport" xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat paylaşıb.
Kataloniya klubu rəhbərinin ölkəmizə səfərinin Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə əlaqədar olduğu qeyd edilib.
Məlumata görə, Laporta iş adamı Adnan Əhmədzadə ilə də görüşəcək.
Xatırladaq ki, ispaniyalı funksioner ötən ilin noyabrında İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında iştirak üçün Bakıya səfər etmişdi.