"Salam olsun, Kərbəla şəhidlərinə!" - Elvin Cəfərquliyev ziyarətdə

"Salam olsun, Kərbəla şəhidlərinə!" - Elvin Cəfərquliyev ziyarətdə

Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev Kərbəla ziyarətinə yollanıb.

"Mediasport"un məlumatına görə, "Qarabağ"ın futbolçusu İraqın Kərbəla şəhərində Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseynin (ə) məzarını ziyarət edib.

Müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında şəkil paylaşaraq ürək sözlərini yazıb:

"Kərbəla - dünyadan uzaqlaşdığın, özünə və Allaha yaxınlaşdığın yer.

Salam olsun, Kərbəla şəhidlərinə! Salam olsun, Azərbaycan şəhidlərinə".

Qeyd edək ki, bir müddətdir zədədən əziyyət çəkən Cəfərquliyev bu ilin avqustunda UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə Bakıdakı oyununda zədələnib, sentyabrın əvvəlində əməliyyat edilib.

Yığma üzvünün sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.