Çeferin mükafatlandırmaya fələstinli uşaqlarla çıxdı - VİDEO

Çeferin mükafatlandırmaya fələstinli uşaqlarla çıxdı - VİDEO

UEFA Superkuboku çərçivəsində keçirilən PSJ - "Tottenhem" oyununun mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.

"Mediasport" xəbər verir ki, ənənəvi olaraq komandaların üzvlərinə medalları təqdim edən qitənin ali futbol qurumunun rəhbəri Aleksandr Çeferinin yanında bu dəfə Fələstinli iki azyaşlı da yer alıb.

Yaxın Şərqdə siyasi vəziyyət 2023-cü ilin oktyabr ayının əvvəlində Fələstin və İsrail arasında baş tutan münaqişə səbəbindən gərginləşib. İki ölkə münaqişəsində həlak olanlar arasında azyaşlılar da var. UEFA tərəfindən atılan bu addım azarkeşlər tərəfindən təqdirəlayiq dəyərləndirilib.

Xatırladaq ki, PSJ - "Tottenhem" matçının əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub.