Dünyanın ən dəyərli futbol klublarının siyahısını dərc olundu

Dünyanın ən dəyərli futbol klublarının siyahısını dərc olundu

Forbes jurnalı dünyanın ən dəyərli futbol klublarının siyahısını dərc edib.

"Mediasport" xəbər verir ki, reytinqin lideri növbəti dəfə Madrid "Real"ı olub.

Qiymətləndirmə klubun özəl kapital və xalis borcları daxil olmaqla aparılıb.

Həmçinin hər liqanın və klubun tarixi sövdələşmələri və gələcək iqtisadi göstəriciləri nəzərə alınıb.


Dünyanın ən dəyərli 10 klubu


1. "Real" (Madrid) – 6,75 milyard dollar (+2% il ərzində);

2. "Mançester Yunayted" – 6,6 milyard dollar (+1%);

3. "Barselona" – 5,65 milyard dollar (+1%);

4. "Liverpul" – 5,4 milyard dollar (+1%);

5. "Mançester Siti" – 5,3 milyard dollar (+4%);

6. "Bayern" – 5,1 milyard dollar (+2%);

7. PSJ – 4,6 milyard dollar (+5%);

8. "Arsenal" – 3,4 milyard dollar (+31%);

9. "Tottenhem" – 3,3 milyard dollar (+3%);

10. "Çelsi" – 3,25 milyard dollar (+4%).