"Sabah qalib gəlmək istəyirik”
“Mövsümün ardından toplanış keçmək futbolçular üçün bir az çətin olur. Buna baxmayaraq, düşərgədə yaxşı atmosfer var".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynov deyib.
Müdafiəçi sabah Macarıstanda baş tutacaq San Marino yığması ilə görüş haqda fikirlərini paylaşıb:
"Məqsədimiz Millətlər Liqasına uğurlu hazırlaşmaqdır. Məşqlərdə göstərdiyimiz performans da yaxşıdır.
Sabah keçirəcəyimiz oyunda qalib gəlmək istəyirik. Sona qədər əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, Azərbaycan - San Marino oyunu sabah saat 22:00-da başlanacaq.


