"Sumqayıt"da yeni müqavilə

“Sumqayıt” 2025/2026-cı illər mövsümü üçün transfer çalışmalarına start verib.
"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi vinger Roi Kehatla qüvvədə olan müqaviləni uzadıb.
Yeni anlaşmanın müddəti 2 il nəzərdə tutulub.
2023-cü ildən "kimyaçılar"ın formasını geyinən israilli futbolçu ümumilikdə 69 oyunda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.